Zemfira Meftahəddinova Dünya Kubokunda 7-ci yeri tutub
21.06.2008 - 12:43
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın stend atıcılığı üzrə milli komandasının üzvləri Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunda uğursuzluğa düçar olublar. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan hər iki idmançımız fəxri kürsüyə yüksələ bilməyib. Olimpiya çempionu Zemfira Meftahəddinova 68 xalla 37 idmançı arasında 7-ci yeri tutub. Gənc stend atıcımız Emin Cəfərov isə 90 rəqibinin mübarizəsində 71 xalla 30-cu olub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0