Azərbaycanın cüdo yığması Kislovodskda hazırlığa başlayıb
21.06.2008 - 12:59
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın cüdo üzrə milli komandası Rusiyaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız bu gündən Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayacaq. İyulun 9-dək nəzərdə tutulan hazırlıq prosesinə baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında Ramil Qasımov (66 kq),
Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Ramilə Usubova (63 kq), Kifayət Qasımova (57 kq) və Gözəl Zutova (63 kq) qatılacaq. Bu komandamızın Pekin Yay Olimpiya Oyunları ərəfəsində son təlim-məşq toplanışı olacaq.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0