Stipe Pletikosa: “Biz Avropa çempionatını uduzmadan tərk edirik”
21.06.2008 - 13:44
Vyana. Elşən Məmmədov - APA-Sport. “Ağlıma gətirməzdim ki, Türkiyə yığması üç oyunda son dəqiqələrdə 3 qol vura bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının qapıçısı Stipe Pletikosa deyib. 28 yaşlı qapıçı Avropa çempionatının ¼ final matçının penaltilər seriyasında Türkiyə yığmasına məğlubiyyətlərindən təəssüfləndiyini bildirib: “İnanılmazdır, biz heç bir oyunda uduzmadan evə gedirik. Təbii ki, penaltilər seriyasında məğlubiyyəti nəzərdə tutmuram”.
Qeyd edək ki, qrup mərhələsində Avstriya və Polşanı 1:0, Almaniyanı isə 2:1 hesabı ilə məğlub edən Xorvatiya yığması ¼ finalda Türkiyə millisi ilə oyunun əsas vaxtında 0:0, əlavə vaxtında isə 1:1 hesablı heç-heçə edib. Penaltilər seriyasında isə “ay-ulduzlular” daha üstün olublar – 3:1.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0