Rusiya milli komandası tarixində ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlib - FOTOSESSIYA
22.06.2008 - 10:41
Bu uğurda çox böyük əməyi olan hollandiyalı mütəxəssis Quus Hiddink həmyerlilərini məğlub etməklə komandasını Avropanın 4 ən yaxşı yığması sırasına çıxarıb və adını rus futbol tarixinə qızıl hərflərlə yazdırıb. “Avro-2008”in əsas favoritlərindən olan, qrup mərhələsindən sonra ən yaxşı göstəriciyə malik Hollandiya İsveçrənin Bazel şəhərində keçirilən ¼ görüşündə çox zəif təsir bağışlayıb. Slovakiyalı hakim Lüboş Mihelin idarə etdiyi matçda qalib əlavə 30 dəqiqədə müəyyənləşib. Ruslar hesabı Yuri Jirkovun sol cinahdan ötürdüyü topu dəqiq zərbə ilə qapıdan keçirən Roman Pavlyuçenkonun sayəsində açmağa müvəffəq olublar. Hollandlar məğlubiyyətdən sona 4 dəqiqə qalmış Ruud van Nistelroyun baş zərbəsi ilə qurtula biliblər. Əlavə vaxtda rəqibini açıq-aşkar üstələyən Q. Hiddinkin komandası 4 dəqiqəyə vurduğu iki qolla tarix yazıb. Əvvəlcə Andrey Arşavinin sol cinahdan qapı qarşısına asmasını ikinci hissədə meydana çıxan Dmitri Torbinski bir toxunuşla tamamlayıb. Az sonra A. Arşavinin özü dəqiqə zərbə ilə Hollandiya yığmasının qapıçısı, eyni zamanda kapitanı Edvin van der Saarı topu tordan çıxarmağa məcbur edib. Cəza üzündən “Avro-2008”in ilk iki oyununda meydana çıxmayan, ancaq daha sonra çıxış etdiyi matçlarda mükəmməl oynayan və çempionatın ən yaxşı oyunçuları arasında göstərilən rusiyalı ulduz iştirak etdiyi hər iki görüşdə meydanı qolsuz tərk etməyib. Onun kimi fərqlənən Roman Pavlyuçenkonun isə hesabında artıq üç qol var və hücumçu turnirin bombardiri olmaq iddiasını saxlayır.
Rusiyanın iyunun 26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarımfinal oyunundakı rəqibi bu gün müəyyənləşəcək. Elə bu arenada İspaniya və İtaliya yığmalarının iştirakı ilə sonuncu ¼ final görüşü keçiriləcək. Ruslar yarımfinal matçında müdafiəçi Denis Kolodinlə yarımmüdafiəçi Dmitri Torbinskinin xidmətindən cəza səbəbindən yararlana bilməyəcəklər.
Qeyd edək ki, Almaniya və Türkiyədən sonra yarımfinala yüksələn Rusiya da öz qrupunda 2-ci yeri tutmuşdu.
21 iyun
Hollandiya – Rusiya 1:3
Roman Pavlyuçenko-56, Ruud van Nistelroy-86, Dmitri Torbinski-112, Andrey Arşavin-116.

0
0