Azərbaycan basketbol yığması Avropa çempionu olub
23.06.2008 - 10:34
Yarımfinalda Şotlandiyanı 91:80 hesabı ilə məğlub edən komandamız həlledici matçda möcüzəyə imza atıb. Belə ki, yığmamız Moldova ilə final görüşündə 10 xal fərqi ilə geri düşsə də, son saniyələrdə 80:78 hesabı ilə qələbəni rəsmiləşdirib. Bu görüşdə komandamızın kapitanı Tahir Baxşıyev 25 xalla ən məhsuldar basketbolçu olub. Qitə birinciliyinin bürünc medalını Andorranı 90:76 hesabı ilə məğlub edən Şotlandiya qazanıb.
Qeyd edək ki, litvalı olimpiya çempionu Rimas Kurtinaytisin dövründə milli komandamız analoji yarışda 2004-cü ildə 4-cü, 2006-cı ildə 1-ci yeri tutub.
Qeyd edək ki, litvalı olimpiya çempionu Rimas Kurtinaytisin dövründə milli komandamız analoji yarışda 2004-cü ildə 4-cü, 2006-cı ildə 1-ci yeri tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0