Luis Araqones: “Futbolçular Rusiya yığmasını yenidən məğlub edəcəyimizə əmindirlər”
23.06.2008 - 11:26
Bakı. Mehman Süleymanov - APA-Sport. “Biz qarşımıza duran vəzifəni yerinə yetirərək, layiqli qələbə qazandıq. Penalti zərbələri sayəsində qalib gəlsək də, oyunumuzu yaxşılaşdırmalıyıq. Bu, çox vacibdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa çempionatının yarımfinalına çıxan İspaniya yığmasının baş məşqçisi Luis Araqones deyib. İtaliya üzərində ¼ finalda qazanılan qələbəyə görə xoşbəxt olduğunu deyən 69 yaşlı ispaniyalı matçın baxımlı alınmadığını etiraf edib: “Nə biz, nə də İtaliya yaxşı futbol nümayiş etdirdi. Daha yüksək tempdə oynamalı olduğumuz halda, meydanda çox ləng idik”.
İspaniyanın iyunun 26-da keçiriləcək yarımfinal oyununda rəqibi turnirin ilk görüşündə böyük hesabla məğlub etdiyi (4:1) Rusiya yığması olacaq. Ancaq L.Araqones qrupda asan yendiyi rəqiblə növbəti görüşü çətin hesab edir: “Baxaq görək, finala çıxa biləcəyik, ya yox. Finala çıxmağı çox istəsək də, hər şey startla müqayisədə fərqlidir. Rusiyada hazırda mövsümün qızğın vaxtı və futbolçuların pik formasında olduğunu qeyd etməliyik. Çoxları rusları artıq bir dəfə məğlub etdiyimizi nəzərə alaraq, hər şeyin asan olacağını deyir. Ancaq fikrimcə, əməli işdə kifayət qədər çətin olacaq. Hər halda, futbolçular Rusiya yığmasını yenidən məğlub edəcəyimizə əmindirlər”.

0
0