Roberto Donadoni: “Mənim heç vaxt penaltilər seriyasında bəxtim gətirməyib”
23.06.2008 - 12:06
Bakı. Mehman Süleymanov - APA-Sport. “Futbolçular bütün güclərini ortaya qoydular. Mən onlarla çox fəxr edirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İtaliya yığmasının baş məşqçisi Roberto Donadoni İspaniya milli komandasına ¼ finalda məğlubiyyətdən sonra deyib. Onun sözlərinə görə, yetirmələri 120 dəqiqə davam edən və oyun sonrası penaltilər seriyasında qalibin müəyyənləşdiyi görüşdə əllərindən gələni əsirgəməyiblər: “Hamıda enerji tükənmişdi. Yarımfinala çıxmadığımız üçün futbolçularıma görə üzülürəm. Mənim heç vaxt penaltilər seriyasında bəxtim gətirməyib. Bütün futbolçu karyeram dövrümdə belə olub”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0