Türkiyə milli komandası Avropa çempionatında bürünc medalı özünə təmin edib
23.06.2008 - 12:32
Bakı. Elşən Məmmədov - APA-Sport. Türkiyə milli komandası hazırda Avstriya və İsveçrədə davam edən futbol üzrə Avropa çempionatında özünə ən azı bürünc medalı təmin edib. “APA-Sport” agentliyinin məlumatına görə, dünya çempionatından fərqli, qitə birinciliyində 3-cü yer uğrunda matç nəzərdə tutulmayıb. Bu səbəbdən yarımfinala vəsiqə qazanan Türkiyə yığması Almaniya ilə iyunun 25-də keçirəcəyi görüşdə uduzsa, bürünc medala sahib çıxacaq. Eyni sözləri bundan bir gün sonra baş tutacaq İspaniya – Rusiya matçında yeniləcək komandaya da şamil etmək olar. Yarımfinalda uğursuzluğa düçar olan iki ölkənin yığmaları hərəyə 34 dəst bürünc medala sahib çıxacaqlar. Bura komandanın heyətində yer alan 23 futbolçu ilə yanaşı, məşqçilər heyəti və texniki personal (həkim, masajçı, inzibatçı və s.) daxildir. Eyni sayda qızıl və gümüş medal Avropa çempionu ilə qitə vitse-çempionuna qismət olacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0