Fərid Mansurov Avropa çempionatında mübarizəni erkən dayandırıb
23.06.2008 - 13:19
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə boksçular arasında XIII Avropa çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Rasim Məmmədovun rəhbərliyi altında Plovdivə ezam olunan 13 təmsilçimizdən 7-si ilk görüşünü keçirib. Salman Əlizadə (46 kq) Levan Kanajaşvilini (Gürcüstan) 14:8, Anar Əliyev (50 kq) Aleksandr Qurbanovu (Belarus) 20:3 hesabı ilə, Tamerlan Abdullayev (57 kq) isə Revaz Tsatiaşvilini (Estoniya) texniki nokautla məğlub edib. Digər dörd təmsilçimiz isə ilk döyüşdə uduzaraq mübarizəni erkən dayandırıb. Fərid Mansurov (54 kq) Nikita Stupnikova (Estoniya), Hacıbaba Hacıbabayev (+80 kq) İveri Zoidzeyə (Gürcüstan) nokautla məğlub olub. 63 kq çəki dərəcəsində döyüşən Samir Hacılı rumıniyalı Vasil Bucurla bacara bilməyib – 7:13. Orxan Mustafazadənin (70 kq) türkiyəli Eren Elverenlə (Türkiyə) görüşündə heç-heçə (16:16) qeydə alınsa da, hakim qələbəni rəqibə verib. Bu gün mübarizəyə milli komandamızın digər altı üzvü qoşulacaq. Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0