Böyükağa Hacıyev “Araz” klubuna baş məşqçi təyin olunub
23.06.2008 - 15:08
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə dördqat Azərbaycan çempionu “Araz” klubuna yeni baş məşqçi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, bundan sonra Naxçıvan komandasını Böyükağa Hacıyev çalışdıracaq. O, baş məşqçi postunda Məmmədqulu Zeynalovu əvəzləyib. Son mövsümdə “Araz”a ölkə çempionluğu və kuboku qazandıran M.Zeynalovun hansı səbəbdən istefaya göndərildiyi məlum deyil. Qeyd edək ki, B.Hacıyev indiyədək futzal sahəsində fəaliyyət göstərməyib. 2006-cı ildə “Bakı” futbol klubunu Azərbaycan çempionu edən 50 yaşlı məşqçi ötən ilin sentyabrından işsiz qalmışdı.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0