“Qızıl Qran-Pri” turnirinə qatılacaq Azərbaycan güləş yığmasının heyəti açıqlanıb
23.06.2008 - 15:57
“Qızıl Qran-Pri” turnirinə qatılacaq Azərbaycan güləş yığmasının heyəti açıqlanıb
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları iyunun 27-də Bakıda start götürəcək “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə geniş tərkibli heyətlə qatılacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, səbəb iştirakçı ölkələrin sayının azlığı və yığma komandalarımızın məşqçilər heyətinin bütün aparıcı güləşçiləri sınaqdan çıxarmaq istəmələridir. Sərbəst güləş millimizin baş məşqçisi Maqomedxan Aratsilovun təqdim etdiyi siyahıda Namiq Sevdimov, Abil İbrahimov, Namiq Abdullayev, Ceyhun Əliyev, Elşən Mirzəyev (hamısı 55 kq), Allahverdi Vəliyev, Zəlimxan Hüseynov, Cəlal Süleymanov, Arif Zamanov (hamısı 60 kq), Emin Əzizov, Qılman Novruzov, Elman Əsgərov, Cəbrayıl Həsənov, Ramazan Əbdürrəhmanov, Elmir Qəmbərov (hamısı 66 kq), Çamsulvara Çamsulvarayev, Xaqan Süleymanov, Aqil Quliyev, Əşrəf Əliyev (hamısı 74 kq), Novruz Temrezov, İlham Abidov, Hacı Əlicanov (hamısı 84 kq), Xetaq Qazyumov, Eldar Atakişiyev, Mehman İmamquliyev (hamısı 96 kq), Əli İsayev, Maksim Proxorov, Mixail Qazzayev və Müslüm Müslümov (hamısı 120 kq) yer alıb. 14 nəfərdən ibarət yunan-Roma güləşi üzrə yığmamızın tərkibində 96 kq çəkidə ölkəmizi heç kim təmsil etməyəcək. Həmin çəkidə rusiyalı legioner Denis Mişin zədəli olduğundan, Aydın Səfərov isə gələn ay keçiriləcək gənclərin Avropa və dünya çempionatlarına hazırlaşdığından, baş məşqçi Elçin Cəfərov əlavə idmançıya lüzum görməyib. Digər çəkilərdə isə Rövşən Bayramov, Natiq Bağırov, Natiq Aslanov (hamısı 55 kq), Vitali Rəhimov, Fuad Əliyev, Sakit Cəlilov, Cavid Abdullayev (60 kq), Fərid Mansurov, Hüsaməddin Rəcəbov (hər ikisi 66 kq), İlqar Abdulov, Vüqar Qarayev (hər ikisi 74 kq), Şalva Qadabadze (84 kq), Anton Botev, Cəlal Bəhramov (hər ikisi 120 kq) çıxış edəcək. Qadın güləşçilərimizə gəldikdə, baş məşqçi Nazim Əlicanov Mariya Stadnik, Əminə Abbasova (hər ikisi 48 kq), Nadejda Qradnyuk (51 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq), Zümrüd Qurbanhacıyeva və Dina İvanovanın (hər ikisi 120 kq) xidmətindən yararlanacaq. 23 ölkənin qatılacağı turnir üç gün davam edəcək.
0