Azərbaycan cüdoçusu İmam Şamilin xatirə turnirində gümüş medal qazanıb
23.06.2008 - 16:21
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın yeniyetmə cüdoçuları Dağıstanın Qızılyurd şəhərində İmam Şamilin xatirəsinə həsr olunmuş ənənəvi XVI beynəlxalq turnirində iştirak ediblər. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən Bakının “İnter” klubunun baş məşqçisi Rauf Vəliyevin sözlərinə görə, yarışa 3 idmançı ezam olunub. Turnirdə uğurla çıxış edən Raul Qazıxanov (36 kq) yalnız finalda uduzaraq, gümüş medala layiq görülüb. Digər həmvətənimiz Nicat Rzaquliyev (30 kq) ilk görüşdə məğlubiyyət acısı daddığı üçün yarışla erkən vidalaşıb. Musa Mehdiyevin (50 kq) isə səhhətində problem yarandığından tatami üzərinə çıxmayıb. Beləliklə, “İnter”in cüdoçuları Dağıstandan bir medalla dönüblər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0