UEFA Türkiyə milli komandasının şikayətini rədd edib
24.06.2008 - 10:37
Bakı. Elşən Məmmədov – APA-Sport. UEFA Türkiyə milli komandasının qapıçısı Volkan Dəmirələ verilən iki oyunluq cəzanın azaldılması ilə bağlı şikayətini rədd edib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumu türkiyəli azarkeşlər, oyunçular və futbol funksionerlərinin yolverilməz davranışı səbəbindən kəsdiyi 42100 dollarlıq cəriməni də qüvvədə saxlayıb. V.Dəmirəl qrup mərhələsinin son oyununda Çexiya yığmasının forvardı Yan Kolleri vurduğu üçün meydandan qovulmuşdu. Artıq Xorvatiya ilə ¼ final matçını buraxan 27 yaşlı qolkiper sabah İsveçrənin Bazel şəhərində Almaniya millisi ilə keçiriləcək yarımfinal qarşılaşmasında da çıxış etməyəcək.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0