Vahid Nəzərov: “Olimpiya yığmamızın heyətini Lənkərandakı təlim-məşq toplanışından sonra açıqlayacağam”
24.06.2008 - 10:41
Bakı. Aqşin Əliyev - APA-Sport. Ağır atletika üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçmək üçün iyunun 27-də Lənkərana yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışı Pekin Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyacaq: “Milli komandanın üzvləri “Zirvə” təlim-məşq bazasında fiziki və taktiki təmrinləri yerinə yetirəcəklər. Pekin Olimpiadasına aparılacaq heyəti Lənkərandan qayıtdıqdan sonra açıqlayacağam”. V.Nəzərov yığmada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü və düşərgədə zədəli atlet olmadığını da bildirib.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunlarında 5 ağırlıqqaldıranımız mübarizə aparacaq. Pekinə Əfqan Bayramov (69 kq) və ikiqat dünya çempionu Nizami Paşayevin (94 kq) gedəcəyi dəqiqdir.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunlarında 5 ağırlıqqaldıranımız mübarizə aparacaq. Pekinə Əfqan Bayramov (69 kq) və ikiqat dünya çempionu Nizami Paşayevin (94 kq) gedəcəyi dəqiqdir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0