Azərbaycan boksçusu Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub
24.06.2008 - 17:01
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada olimpiya, 6 dəfə SSRİ, iki dəfə Avropa çempionu Valeri Popençenkonun xatirəsinə həsr olunan beynəlxalq boks turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci dəfə təşkil olunan yarışa milli komandanın baş məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında qatılan beş boksçumuzdan yalnız biri fəxri kürsüyə yüksəlməyi bacarıb. 54 kq çəki dərəcəsində döyüşən Rəhim Nəcəfov bütün təqiblərini məğlub edərək qızıl medal qazanıb. Digər təmsilçilərimizdən, Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq) Rüfət Xairbəyov (81 kq) və Azər Məmmədov isə ilk döyüşdə uduzaraq mübarizəni dayandırıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0