Azərbaycan futzalçıları Rusiya çempionatında fərqləniblər
25.06.2008 - 11:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futzalçıları Rusiya çempionatının ən yaddaqalan hadisələrinin iştirakçısı olublar. “APA-Sport” agentliyinin məlumatına görə, güclülər dəstəsində mövsümün yekunlarını şərh edən rusiyalı həmkarlarımız çempionatın diqqətçəkən faktlarında təmsilçilərimizə də yer verib. Azərbaycan milli komandasının qapıçısı Andrey Tveryankin mövsümün ilk qalmaqalının iştirakçılarından olub. Belə ki, futzalçı komanda yoldaşlarından biri ilə onlara kompensasiya ödəmədən klubdan kənarlaşdıran “Spartak”dan şikayət edib. Rusiya Futbol İttifaqı bu şikayətə əsasən moskvalıların yeni oyunçu sifariş etməsinə qadağa qoyması isə “Spartak”ın çempionatda iştirak etməkdən imtinası ilə nəticələnib. Yalnız A.Tveryankinin klubu ilə ortaq məxrəcə gəlməsindən sonra Rusiya futzalındakı qalmaqal sakitləşib. Mövsümün ən qeyri-adi istefası isə Azərbaycan milli komandasının baş məşqçisinin adı ilə bağlıdır. “Dina” klubunun qeyri rəsmi istefaya göndərərək ehtiyatda saxladığı Andrey Yudin seleksiyaçısı kimi Avropa çempionatına, sonra isə Azərbaycan yığmasına ezam olunub. Bu addımın səmərəli olduğunu bildirən rusiyalılar A.Yudinin seleksiya işinə müsbət qiymət verməklə yanaşı, yığmamızın kapitanı Vitali Borisovu da uğurlu transfer sayır.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0