İspaniya yığması Avropa çempionu olsa, azarkeşlər başlarını keçəl qırxdıracaqlar
25.06.2008 - 14:39
Madrid. Elşən Məmmədov - APA-Sport. Futbol üzrə İspaniya milli komandasının azarkeşləri qeyri-adi imzatoplama aksiyasına başlayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, sevimli komandaları Avropa çempionu olacağı halda, fanatlar başlarını keçəl qırxdıracaqlarını açıqlayıblar. Azarkeşlərdən biri deyib: “And içirəm ki, yığmamız qitə çempionu olacağı halda, başımı daz qırxdıracağam”.
Qeyd edək ki, sabah keçiriləcək qitə birinciliyinin yarımfinal matçında İspaniya millisi Rusiya yığması ilə qarşılaşacaq. Final oyunu isə iyunun 29-da olacaq.
Qeyd edək ki, sabah keçiriləcək qitə birinciliyinin yarımfinal matçında İspaniya millisi Rusiya yığması ilə qarşılaşacaq. Final oyunu isə iyunun 29-da olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0