Mixael Ballak: “Türkiyənin güclü olduğunu etiraf etməliyik”
26.06.2008 - 11:34
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz yarımfinal öncəsi Türkiyə ilə müqayisədə bir gün çox istirahət etmişdik. Lakin məhz bu səbəbdən oyuna alışmağımız üçün daha çox vaxt lazım oldu”. “APA-Sport” agentliyinin məlumatına görə bu sözləri Almaniya milli komandasının kapitanı Mixael Ballak deyib. 32 yaşlı yarımmüdafiəçi Avropa çempionatının yarımfinalında keçirilən Almaniya - Türkiyə (3:2) matçından sonra sevinclərinin ifadə olunmasını mümkünsüz sayır: “Bu, böyük futbol deyildi. Bunu gözləmək də düzgün olmazdı. Sevincimizi sözlə ifadə etmək olmaz. Qələbə üçün çox güc sərf etdik. Rəqibin güclü olduğunu etiraf etməliyik. Matçın sonunda canımızı dişimizə sıxıb mübarizə apardıq. Lakin biz sonadək mübarizə aparıb məqsədimizə çatdıq. Almaniya təkcə fiziki yox, həm də psixoloji cəhətdən daha güclüdür. Qələbəmizin əsas səbəbi də budur. Türkiyəlilərin heç nə itirmədiklərini hamı bilirdi. İndi bunun əhəmiyyəti yoxdur. Avropa çempionu olmaq üçün hər şey edəcəyik, buna hər cür imkanlarımız da var”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0