Azərbaycan şahmatçısı Vüqar Həşimov dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirə qatılacaq
26.06.2008 - 13:36
Bakı. Kənan Həsənov - APA-Sport. İyulun 8-də Rusiyanın Poykovsk şəhərində şahmat üzrə XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnir start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, XIX kateqoriyalı yarışda Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov iştirak edəcək. Doqquzuncu dəfə təşkil olunacaq turnirdə Aleksey Şirov (İspaniya), Emil Sutovski (İsrail), Viorel Boloqan (Moldova), Dmitri Yakovenko, Sergey Rublyovski, Aleksandr Onişuk (hamısı Rusiya) kimi tanınmış qrossmeysterlərin də mübarizə aparacağı dəqiqləşib. Həmçinin, adı açıqlanmayan ABŞ, Ukrayna və Çin şahmatçılarının da yarışa qatılacaqları gözlənilir. Beynəlxalq turnirə iyulun 17-də yekun vurulacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0