David Vilya Avropa çempionatının finalında oynamayacaq
27.06.2008 - 10:55
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniya yığması Almaniya millisi ilə Avro-2008-in final oyununa ciddi itki ilə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, ispanlar iyunun 29-da Avstriyanın paytaxtı Vyanada “Ernst Happel” stadionunda keçiriləcək final matçında əsas hücumçularından olan David Vilyanın xidmətindən istifadə edə bilməyəcək. Komandanın baş məşqçisi Luis Araqonesin bunu zədə problemi ilə əlaqələndirib: “Vilya final matçında oynamayacaq. Buna səbəb onun əzələsini dartmasıdır”. L.Araqones 27 yaşlı hücumçunu Rusiya yığması ilə yarımfinal görüşündə zədəyə görə artıq 35-ci dəqiqədə Sesk Fabreqasla əvəzləməli olub.
Qeyd edək ki, vurduğu dörd qolla Avro-2008-nin bombardiri olan D.Vilya bunun üçünü qrupda ilk oyunda ruslara (4:1) vurub.
Qeyd edək ki, vurduğu dörd qolla Avro-2008-nin bombardiri olan D.Vilya bunun üçünü qrupda ilk oyunda ruslara (4:1) vurub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0