İspaniya yığması SSRİ-nin rekordunu təkrarlayıb
27.06.2008 - 11:19
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya milli komandası SSRİ yığmasına məxsus rekordu təkrarlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatına qədər yalnız iki dəfə yarımfinalda böyük hesab qeydə alınmışdı. 1960-cı ildə Çexoslovakiya, 4 il sonra Danimarkanı 3:0 hesabı ilə məğlub edən SSRİ yığması finala vəsiqə qazanmışdı. Rusiyanı da eyni hesabla məğlub edən ispaniyalılar yarımfinal mərhələsində ən azı 3 top fərqi ilə qələbə qazanan yeganə komandanın rekordunu 44 ildən sonra təkrarlayıb.
Avropa çempionatlarının final oyununa təsadüf edən yeganə böyük hesab da SSRİ millisinin adı ilə bağlıdır. 1972-ci ildə onlar AFR-ə 0:3 hesabı ilə uduzub.
Avropa çempionatlarının final oyununa təsadüf edən yeganə böyük hesab da SSRİ millisinin adı ilə bağlıdır. 1972-ci ildə onlar AFR-ə 0:3 hesabı ilə uduzub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0