Rusiya yığmasının üzvlərinə Avropa çempionatının bürünc medalları təqdim olunub
27.06.2008 - 11:30
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiya yığmasının üzvlərinə XVIII Avropa çempionatının bürünc medalları təqdim olunub. “APA-Sport” agentliyinin məlumatına görə, ruslar mükafatlarına İspaniya yığmasına məğlub olduqları (0:3) yarımfinal oyunundan sonra, gecə saatlarında sahib çıxıblar. Mükafatlandırma mərasimi rusların Avstriyanın paytaxtı Vyanada məskunlaşdığı “Danub-Siti” otelinin restoranında təşkil olunub. Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko şəxsən özü medalları yığmanın futbolçuları və məşqçilər korpusuna təqdim edib. Mərasimdə V.Mutko ilə yanaşı, İngiltərənin “Çelsi” klubun prezidenti olan rusiyalı biznesmen Roman Abramoviç də iştirak edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0