Azərbaycan bilyardçıları sabah Latviyada beynəlxalq turnirinə qatılacaqlar
27.06.2008 - 11:36
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan bilyardçıları sabah Latviyanın paytaxtı Riqada start götürəcək “United Oils Cup” beynəlxalq turnirinə qatılacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda ölkəmizi Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanovla yanaşı, milli komandanın üzvləri - Azər Hacıyev və Rauf Mustafayev təmsil edəcəklər. Beynəlxalq turnirinin mükafat fondu 30000 ABŞ dolları həcmində müəyyənləşdirilib. 48 bilyardçının qatılacağı və iyunun 29-da başa çatacaq yarışın qalibi 3000 dollar qazanacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0