Azərbaycanı Avropa çempionatında təmsil edəcək qılıncoynadanların adları müəyyənləşib
27.06.2008 - 12:05
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qılıncoynatma üzrə milli komandasının iyulun 5-də Ukraynanın paytaxtı Kiyevdə start götürəcək Avropa çempionatına qatılacaq heyəti müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışın sablya üzrə birinciliyində Janna Muradqızı, Səbinə Əmrahzadə, Sevil Bünyatova, Ramin Əmirov, Yusif Budaqov və Namiq Ağarəhimov iştirak edəcək. Şpaqaçıların mübarizəsinə isə Elmira Xudaverdiyeva, Hafiz Quliyev, Vəkil Nəsibov, Etibar Qurbanov və Mehrab Həsənov qatılacaq. 100000 avro mükafat fondu olan Avropa çempionatı iyulun 10-da başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0