Şəhriyar Məmmədyarov sabah Dortmund superturnirində mübarizəyə başlayacaq
27.06.2008 - 13:55
23 yaşlı beynəlxalq qrossmeysterimiz ilk oyununu ağ fiqurlarla Peter Lekoya (Macarıstan) qarşı keçirəcək. Ş.Məmmədyarov iyunun 29-da Yan Nepomnyaşi (Rusiya), iyulun 1-də Yan Qustafsson (Almaniya), 2-də isə Arkadi Naydiçlə (Almaniya) oynayacaq. Həmyerlimiz bir günlük istirahətdən sonra sabiq dünya çempionu Vladimir Kramniklə (Rusiya) mübarizə aparacaq. Turnirin son iki günündə qrossmeysterimizin rəqibləri müvafiq ardıcıllıqla - iyulun 5-də Vasili İvançuk (Ukrayna), 6-da Luk van Veli (Hollandiya) olacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən il təşkil edilən yarışda 3,5 xal toplamaqla 5-ci olub. Birinci yeri isə 5 xalla V.Kramnik tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0