Azərbaycan kanoeçisi Valentin Demyanenko Dünya Kubokunda 500 metrlik məsafəyə yürüşdə də finala çıxıb
28.06.2008 - 12:40
Poznan. Elşən Məmmədov – APA-Sport. Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsində Azərbaycan idmançıları 500 metr məsafəyə yürüşdə də qüvvələrini sınayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, seçmə mərhələdə kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqda çıxış edən Valentin Demyanenko bu məsafəni də uğurla dəf edib. Finişə 1:53.330 dəqiqəyə çatan V.Demyanenko 7 ölkə təmsilçisi arasında I olub və birbaşa finala vəsiqə qazanıb. Eyni kateqoriyalı qayıqda yarışan digər kanoeçimiz Aleksandr Kasatkin isə yarımfinalda çıxış etmək hüququna yiyələnib. Seçmə mərhələdə 2:01.523 dəqiqə nəticə göstərən A.Kasatkin 7 idmançı arasında IV yeri tutub.
Kayakçıların mübarizəsində 1 nəfərlik qayıqda çıxış edən Fikrət Zeynalov da adını yarımfinal iştirakçıları sırasına yazdırmağı bacarıb. F.Zeynalov seçmə mərhələdə 1:54.564 dəqiqə nəticə ilə 7 iştirakçı arasında VI olub ki, bu da onun növbəti mərhələyə çıxmasına imkan verib. 2 nəfərlik qayıqda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti seçmə mərhələdəcə mübarizəni dayandırıb. Onlar 1:56.600 dəqiqəlik nəticə ilə 9 iştirakçı arasında sonuncu olublar.
Qeyd edək ki, 200 metrlik məsafəyə yürüşdə də V.Demyanenko finala, A.Kasatkin isə yarımfinala vəsiqə qazanıb.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0