İker Kasilyas: “Avropa çempionu olduğumuza inana bilmirəm”
30.06.2008 - 10:50
Bakı. Kənan Həsənov - APA-Sport. “Hələ də buna inana bilmirəm. Hazırda İspaniyada nələrin baş verdiyini təsəvvür etmək çətindir. Yəqin ki, bu, hakimin final fitindən sonra bizim paltardəyişmə otağında olanlara oxşayır. Azarkeşlərimiz İspaniyaya sevinc içində qayıdacaqlar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Avropa çempionu İspaniya yığmasının kapitanı İker Kasilyas deyib. 27 yaşlı qapıçı bildirib ki, onun şərəfini qoruduğu komanda Avstriya və İsveçrədə keçirilən qitə birinciliyinə qızıl medal qazanmağa layiq olub: “Fikrimcə, biz turnirin ən yaxşı komandası idik. Bunu müəyyənləşdirmək üçün keçirdiyimiz oyunlara baxmaq kifayətdir: 1/4 finalda İtaliya üzərində layiqli qələbə qazandıq, sonra Rusiyanı, indi də Almaniyanı sıradan çıxardıq”. Avropa çempionatında keçirdiyi 5 oyunda qapısından cəmi iki top buraxan İ.Kasilyas bu uğurda baş məşqçi Luis Araqonesin əsas pay sahibi olduğunu vurğulayıb: “O, sadəcə bənzərsizdir. Heyf ki, Araqones postunu tərk edir”.
Qeyd edək ki, İspaniya milli komandası XIII Avropa çempionatının finalında Almaniyanı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İspaniya milli komandası XIII Avropa çempionatının finalında Almaniyanı 1:0 hesabı ilə məğlub edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0