Fernando Torres: “Avropa və dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm”
30.06.2008 - 12:24
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Avropa çempionu olduğumuza inana bilmirik. Bu, unudulmaz təəssüratdır. Həmişə bu oyunları televiziyada izləmişəm, indi isə belə möhtəşəm turnirin bir hissəsinə çevrilə bildik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İspaniya milli komandasının hücumçusu Fernando Torres deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının final matçında Almaniyanın qapısına yeganə qolu vurmaqla İspaniyaya titul qazandıran 24 yaşlı futbolçu sevincini gizlətməyib: “Bu, mənim ilk mükafatımdır. Sevinirəm ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq. Avropa çempionatında oyundan-oyuna artıraraq, istəyimizə nail olduq. Bu yarışda ən yaxşı komandanın qalib gəlməsi təkcə İspaniya deyil, futbol üçün müsbət haldır. Axı, futbolda belə hadisəyə heç də həmişə təsadüf olunmur”. İngiltərənin “Liverpul” klubunun da şərəfini qoruyan F.Torres Avropa və dünyanın ən yaxşı futbolçusu olmaq istəyini açıqlayıb: “Şübhəsiz ki, bu, karyeramın ən yaxşı mövsümüdür. İndi başqa mükafatları qazanmaq, Avropa və dünyanın ən yaxşı oyunçusu olmaq istəyirəm. Bu gün İspaniya futbolu üçün tarixi gündür. 2010-cu ildə dünya çempionu titulunu qazanmağa köklənməliyik”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0