Azərbaycan güləşçiləri İranda keçirilən beynəlxalq turnirdən 1 qızıl, 2 gümüş, 4 bürünc medalla qayıdıblar
30.06.2008 - 17:22
Ərdəbil. Elşən Məmmədov - APA-Sport. İranın Ərdəbil şəhərində Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları ümumi nəticədə 3-cü yeri tutublar. Yunan-Roma güləşçilərimizdən Tural Həsənzadə (42 kq) qızıl, Maarif Quliyev (54 kq) gümüş, Alim Əliyev (50 kq) və Elvin Əzizov (76 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərimizə gəlincə, Sədaqət Mehdipur (42 kq) gümüş, İsa Umudov (54 kq) və Ümid Məmmədov (58 kq) bürünc medala sahib çıxıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0