Şəhriyar Məmmədyarov sabiq dünya çempionu Vladimir Kramniklə heç-heçə oynayıb
05.07.2008 - 11:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Dortmund şəhərində keçirilən XXXVI beynəlxalq şahmat turniri başa çatmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, 8 qrossmeysterin mübarizə apardığı XVIII kateqoriyalı yarışın V turunda da həmyerlimiz Şəhriyar Məmmədyarov qələbə qazana bilməyib. Əvvəlki oyunların hamısını yarım xalla başa vuran şahmatçımız bu dəfə sabiq dünya çempionu Vladimir Kramniklə heç-heçə edib. Hesabat turunda Luk van Velini (Hollandiya) təslim edən Yan Qustafsson (Almaniya) 3,5 xalla turnirin vahid liderinə çevrilib. Peter Leko (Macarıstan) və Yan Nepomnyaşinin (Rusiya) hesabında 3 xal var. Vasili İvançuk (Ukrayna), V.Kramnik və Ş.Məmmədyarov hərəyə 2,5 xal toplayıblar. Arkadi Naydiç (Almaniya) aktivinə 2, van Velinin isə 1 xal yazdırıb. Azərbaycan şahmatçısı növbəti turda V.İvançukla qarşılşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0