Azərbaycan alpinistləri yenə Elbrus dağını fəth ediblər
07.07.2008 - 09:01
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan alpinistləri Elbrus dağını növbəti dəfə fəth ediblər. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib. Həmkarlar İttifaqları Respublika Alpinist-Turist İdman klubuna da rəhbərlik edən S.Mursaqulovun sözlərinə görə, bu dəfəki yürüş həddən artıq çətin olub: “Slovakiyada Tatra dağının fəthindən sonra uzun yol qət edərək, Kabardin-Balkariyada yerləşən Elbrus alpinist bazasına gəldik. Bir-iki gün dincəldikdən sonra Elbrus dağına qalxmağa başladıq. Hava şəraiti çox kəskin idi. Bərk külək və qarın çoxluğu çətinlik yaradırdı. Həmçinin, Elbrus dağında siklon cərəyan edirdi. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsədə çatdıq”. S.Mursaqulov vurğulayıb ki, komanda sabah Gürcüstana yola düşəcək.
Qeyd edək ki, alpinistlərimiz 2007-ci ilin avqustunda da Elbrus dağını fəth etmişdilər.
Qeyd edək ki, alpinistlərimiz 2007-ci ilin avqustunda da Elbrus dağını fəth etmişdilər.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0