Azərbaycan avarçəkənləri Rusiyada keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
08.07.2008 - 16:24
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Lipetsk şəhərində keçmiş SSRİ-nin idman ustası Vladimir Strelyayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışa hazırda Lipetskdə təlim-məşq toplanışı keçən iki idmançımız Timur Kutseba və Aleksandr Qlotov qatılıblar. Yığmamızın məşqçisi Aleksandr Barabanovun rəhbərliyi altında 2 nəfərlik sükansız qayıqlarda çıxış edən T.Kutseba - A.Qlotov dueti 2 qızıl medal qazanıb. Avarçəkənlərimiz turnirin ilk günündə 1000 metrlik məsafəni 3 dəqiqə 39 saniyəyə qət edərək, birinci yeri tutublar. Ertəsi gün 500 metrlik məsafəyə yürüş keçirilib. Güclü küləklə müşayiət olunan yarış yenə həmyerlilərimizin qələbəsi ilə başa çatıb. T.Kutseba - A.Qlotov cütü 10 qayıq arasında ən yaxşı - 1 dəqiqə 47 saniyəlik nəticə göstərib.
Qeyd edək ki, akademik avarçəkənlərimiz iyulun 22-dən 27-dək Avstriyanın Lints şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatına hazırlaşırlar.
Qeyd edək ki, akademik avarçəkənlərimiz iyulun 22-dən 27-dək Avstriyanın Lints şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatına hazırlaşırlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0