Azərbaycan yığmasının sabiq baş məşqçisi Litvada mükafatlandırılıb
09.07.2008 - 16:30
Vilnüs. Mehman Süleymanov - APA-Sport. Litvanın paytaxtı Vilnüsdə basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının Seulda keçirilən Yay Olimpiya Oyunlarında qələbəsinin 20 illik yubileyi münasibəti ilə təmtəraqlı bayram tədbiri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 1988-ci ildə Seulda qazanılan olimpiya çempionluğu münasibəti ilə qaliblərin təltif etmə mərasimində Azərbaycan basketbol yığmasının sabiq baş məşqçisi Rimas Kurtinaytis də olub. Yığmamızı 5 il çalışdıran 46 yaşlı mütəxəssis komanda yoldaşları Arvidas Sabonis, Şarunas Marçyulenis, Valdemaras Xomiçyus, İqor Miqlinekas, Aleksandr Volkov, Sergey Tarakanov, İqor Miqliniyekslə birgə mükafatlandırılıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0