Vüqar Həşimov Rusiyada keçirilən beynəlxalq turnirdə yenə heç-heçə oynayıb
15.07.2008 - 18:31
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirdə bu gün 7-ci turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov moldovalı Viorel Baloqanla görüşüb. Tərəflər 43 gedişdə heç-heçəyə razılaşıblar və nəticədə 22 yaşlı şahmatçımız yarım xalla kifayətlənib. Turnirdə dördüncü dəfə heç-heçə oynayan V.Həşimovun mövqeyi dəyişməyib. Hazırda beynəlxalq qrossmeysterimiz 4 xalla 4-5-ci yerləri bölüşdürür. Yarışın qalan iki günündə həmyerlimiz Aleksey Şirov (İspaniya) və Van Xao (Çin) ilə qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0