Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib
16.07.2008 - 17:10
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın daha bir güləşçisi Slovakiyanın Koşitse şəhərində gənclər arasında keçirilən Avropa çempionatının finalına yüksəlib. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bütün rəqiblərinə qalib gələn Sona Əhmədova (59 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Həmvətənimiz finalda bir neçə saatdan sonra güləşəcək. Digər pəhləvanımız Nadiya Qradyuk isə uğursuzluğa düçar olub. 55 kq çəki dərəcəsində yarışan təmsilçimiz ilkin mərhələdə Viktoriya Hamanoviçə (Belarus) uduzaraq, 13-cü yerlə kifayətlənib.
Qeyd edək ki, qitə çempionatının ilk günündə milli komandamızın ukraynalı legioneri Mariya Stadnik qızıl medala layiq görülmüşdü. Sabah oğlanlar mübarizəyə qoşulacaqlar. İyulun 20-dək davam edəcək birincilikdə 7 yunan-Roma və 7 sərbəst güləşçimiz qüvvəsini sınayacaq.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0