Azərbaycan güləşçisi Sona Əhmədli Avropa çempionatında gümüş medala layiq görülüb
17.07.2008 - 10:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Slovakiyanın Koşitse şəhərində gənclər arasında keçirilən Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, turnirə qatılan Azərbaycanın 3 idmançısından ikisi fəxri kürsüyə yüksəlib. Öncə Mariya Stadnik (48 kq) qitə çempionu tituluna yiyələnib. Daha sonra 59 kq çəki dərəcəsində güləşən Sona Əhmədli mükafat qazanıb. O, yalnız finalda uduzaraq, gümüş medala layiq görülüb. Nadiya Qradyukun (55 kq) çıxışı isə uğursuz alınıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0