Azərbaycan yığmasının baş məşqçisi: “İdmançılarımız Pekin Olimpiadasında təxminən 50-60-cı yerləri tutacaqlar”
17.07.2008 - 15:12
Bakı. Aqşin Əliyev - APA-Sport. “Pekin Olimpiadasında mübarizə aparacaq üzgüçülərimiz Tural Abbasov və Oksana Hətəmxanova təxminən 50-60-cı pillələrdə qərarlaşacaqlar. Onlar lisenziya xarakterli yarışlarda olimpiadaya vəsiqə qazanmağı bacarmayıblarsa, Pekindən medalla necə dönə bilərlər?” Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Nəsibov deyib. Onun bildirdiyinə görə, XXIX Yay Olimpiya Oyunlarına qatılacaq üzgüçülərimizin fəxri kürsüdə yer alacaqları inandırıcı görünmür: “Çünki hər iki idmançının cəmi 18 yaşı var, onlar hələ idman ustalığına namizəddirlər. Həm də nəzərə almaq lazımdır ki, Abbasov və Hətəmxanova dünya çempionatında iştirak etdikləri üçün olimpiadaya “wild-card”la yollanırlar. Yəni, bu üzgüçülər birbaşa lisenziyaya sahib çıxmayıblar. Pekin Olimpiadasında hər növdə ilk “45-lik”də lisenziya qazanmış üzgüçülərin qərarlaşacaqları gözlənilir. Belə mötəbər yarışda da təsadüfi heç nə olmur. Bu mənada təmsilçilərimizin aşağı sıralarda qalacaqlarını düşünürəm”. T.Abbasov və O.Hətəmxanova bu gün olimpiadaya hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışına başlayıblar.
Qeyd edək ki, olimpiya yığmamızda stend atıcısı Zemfira Meftahəddinovadan başqa, yalnız üzgüçülər “wild-card”la Çin paytaxtına yollanmaq hüququ qazanıblar. T.Abbasov qarşıdakı yarışda sərbəst üsulla 50 m, O.Hətəmxanova isə brass üsulu ilə 100 m məsafəyə üzəcək.
Qeyd edək ki, olimpiya yığmamızda stend atıcısı Zemfira Meftahəddinovadan başqa, yalnız üzgüçülər “wild-card”la Çin paytaxtına yollanmaq hüququ qazanıblar. T.Abbasov qarşıdakı yarışda sərbəst üsulla 50 m, O.Hətəmxanova isə brass üsulu ilə 100 m məsafəyə üzəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0