Azərbaycan həndbol yığmasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
23.07.2008 - 11:17
Bakı. Aqşin Əliyev - APA-Sport. Qadın həndbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası 2-ci qrupda yer alıb. Yığmamıza İtaliya, Çernoqoriya, Sloveniya, Bolqarıstan və Finlandiya rəqib olub. Seçmə oyunlar bu il 25-30 noyabr aralığında keçiriləcək. Qrup matçlarının hansı ölkədə təşkil olunacağı hələlik müəyyənləşməyib. Həndbolçularımız 1-ci yeri tutacaqları təqdirdə, növbəti mərhələyə adlayacaqlar və pley-offda mübarizə aparacaqlar. Dünya çempionatı 2009-cu il noyabrın 29-dan dekabrın 13-dək Çində olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0