Azərbaycanın ağırlıqqaldıranı Avropa çempionatında 6-cı yeri tutub
23.07.2008 - 16:36
Bakı. Aqşin Əliyev - APA-Sport. Fransanın Amyen şəhərində yeniyetmələr arasında ağır atletika üzrə sayca 6-cı Avropa çempionatına start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarış Azərbaycan yığması üçün uğursuz başlayıb. Atletlərimizdən ilk mübarizəyə qoşulan Zülfüqar Seyidov (50 kq) medalsız qalıb. 17 yaşlı idmançı birdən qaldırmada 70, təkanla isə 93 kq-ın öhdəsindən gəlib. Yekunda həmvətənimiz 163 kq-lıq göstərici ilə 8 nəfər arasında 6-cı yerlə kifayətlənib. Qitə çempionu tituluna türkiyəli İsmət Əlqul yiyələnib. O, Z.Seyidovdan ümumilikdə 43 kq çox qaldıraraq, 1-ci pillədə qərarlaşıb. Bu gün digər atletimiz Nicat Rəhimov (62 kq) bacarığını nümayiş etdirəcək. Milli komandamızın son üzvü Nail Nəbiyev (69 kq) isə podiuma sabah çıxacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0