Elçin Zeynalov FİSA-nın Konqresində iştirak edəcək
24.07.2008 - 12:16
Lints. Elşən Məmmədov – APA-Sport. İyulun 25-də Avstriyanın Lints şəhərində Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) növbəti Konqresi keçiriləcək. «APA-Sport» agentliyinin məlumatına görə, toplantı hazırda həmin şəhərdə davam edən yeniyetmələr və böyüklər arasında dünya çempionatı çərçivəsində baş tutacaq. Konqresdə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) da təmsil olunacaq. Tədbirə AMAF prezidenti Elçin Zeynalov, baş katib Fikrət Zeynalov və beynəlxalq əlaqələr üzrə koordinator Leyla Əliyeva dəvət alıb. İclasda 2008-ci il Pekin və 2012-ci il London, eləcə də 2010-cu il Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq və digər məsələlər müzakirə olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0