Azərbaycan qılıncoynadanı reytinq cədvəlində 41 pillə irəliləyib
24.07.2008 - 16:53
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın sablya üzrə milli komandasının iki üzvünün mövqeyində ciddi dəyişiklik qeydə alınıb. Təmsilçilərimiz arasında ən yüksək göstərici Səbinə Əmrahzadəyə məxsusdur. 17 pillə irəliləyən sablyaçımız 32 xalla 64-cü sıraya yerləşib. S.Əmrahzadə son bir ayda 41 pillə irəliləyişə nail olub. Bunadək idmançılarımız arasında liderlik edən yığmamızın rusiyalı legioneri Janna Muradqızı (30 xal) 8 pillə irəliləyərək 69-cu olub. Siyahıdakı digər iki təmsilçimizdən Sevil Bünyatova (6 xal) 170-ci sıradakı mövqeyini qoruyub. Hesabındakı 4 xalı itirən Aidə Ələsgərova isə əksinə, 194-cü pillədən 313-cü sıraya düşüb. Milli komandamızın mövqeyində isə dəyişiklik baş verməyib. Yığmamız 131 xalla 33 komandanın sıralamasında 14-cüdür.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0