Yunanıstan idmanını dopinq epidemiyası bürüyüb
25.07.2008 - 10:10
Bakı. Elşən Məmmədov - APA-Sport. Yunanıstanın ağır atletika üzrə yığma komandasının daha bir üzvünün istifadəsi qadağan olunmuş dərman preparatından istifadə etdiyi üzə çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Yunanıstan Ağır Atletika Federasiyasından bildirilib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcək Yunanıstan millisinin üzvü olmayan həmin idmançının adı B testinin nəticəsi məlum olmayanadək açıqlanmayacaq. Ağır atletdən A testi iyulun 9-da götürülüb.
Qeyd edək ki, martda aparılan yoxlama zamanı Yunanıstanın ağır atletika yığmasının 11 üzvünün metiltrienolon anabolik steroidindən istifadə etdiyi aşkarlanıb. Ölkənin daha 3 idmançısı – üzgüçü Yannis Drimonakos, avarçəkən Yannis Tsamis və adı açıqlanmayan boksçu dopinq-testində ilişib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0