Azərbaycanın otüstü hokkey yığması ardıcıl dördüncü oyunda uduzub
25.07.2008 - 10:35
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Bra şəhərində keçirilən otüstü hokkey üzrə 21 yaşadək oğlanlar arasında Trofi divizionunun qrup mərhələsinin oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda mübarizə aparan Azərbaycan milli komandası ardıcıl 4-cü matçda uduzub. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi yığmamız Uelslə görüşdə hesabı açsa da, sonradan qapısından 4 top buraxaraq məğlub olub. Qrupda sonuncu yeri tutan və Avropa çempionatının ən yüksək divizionuna yüksəlmək şansını itirən millimiz bu gün B qrupunda 4-cü olan İsveçrə ilə qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0