Azərbaycanın otüstü hokkey yığması İsveçrəyə məğlub olub
25.07.2008 - 14:15
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Bra şəhərində keçirilən otüstü hokkey üzrə 21 yaşadək oğlanlar arasında Avropa çempionatının Trofi divizionunun pley-off mərhələsinin oyunları başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda keçirdiyi ardıcıl 4 görüşdə məğlub olan Azərbaycan milli komandası yenə meydanı qələbə qazanmadan tərk edib. Saleh Hüseynov və Yusif Qasımovun rəhbərlik etdiyi yığmamız pley-off mərhələsinin ilk matçında İsveçrəyə 1:4 hesabı ilə uduzub. Avropa çempionatının ən yüksək divizionuna yüksəlmək şansını itirən millimiz sabah 9-cu yer uğrunda Türkiyə - Çexiya cütünün qalibi ilə qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0