Azərbaycan milli komandasının iki üzvü karyerasını Rusiyada davam etdirə bilər
25.07.2008 - 15:41
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın həndbol üzrə milli komandasının və ABU klubunun iki üzvü karyerasını Rusiyada davam etdirə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, sonuncu ölkə çempionatının qalibləri Səkinat Abbasova və Yuliya Deryabina Həştərxan şəhərinin “Astraxanoçka” klubuna baxışa yollanıblar. Həndbolçularımız özlərini yaxşı tərəfdən göstərsələr, karyeralarını Rusiya Superliqasında davam etdirmək imkanı qazanacaqlar. Milli üzvlərinin “Astraxanoçka” klubunda icarə əsasında çıxış etməsi nəzərdə tutulub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0