Milli Olimpiya Komitəsi Avropa çempionatlarında fərqlənən idmançıları mükafatlandırıb - FOTOSESSİYA
25.07.2008 - 16:43
Milli Olimpiya Komitəsi Avropa çempionatlarında fərqlənən idmançıları mükafatlandırıb - FOTOSESSİYA
“APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mərasimin ölkə rəhbərliyinin tapşırığı əsasında təşkil olunduğunu bildirib. Ç.Hüseynzadə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoymalarına baxmayaraq, böyüklər arasında təşkil olunmuş qitə birinciliklərindən medallarla qayıdan idmançılar və onların məşqçilərinin mükafatlandırılmasını təxirə salmadıqlarını vurğulayıb. O, eyni zamanda heykəltəraşlıq, rəssamlıq və mahnı müsabiqələrinin laureatlarının da əməyini qiymətləndirəcəklərini açıqlayıb. MOK-un digər vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Olimpiya Komitəsinin elan etdiyi heykəltəraşlıq və rəssamlıq, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə elan olunan mahnı müsabiqəsində fərqlənənlərə, gənclər və idman naziri Azad Rəhimov isə Avropa çempionları Rövşən Bayramov (yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi), Elnur Amanov (taekvondo), gümüş mükafatçılar Elvira Mürsəlova (qadın güləşi), Elxan Məmmədov (cüdo) və İlkin Şahbazov (taekvondo), bürünc medal sahibləri Kifayət Qasımova (cüdo), Zülfüqar Süleymanov və Turan Mirzəyevi (hər ikisi ağırlıqqaldırma) və onların şəxsi məşqçilərinə pul mükafatları təqdim edib. Qitə birinciliyində fərqlənən sərbəst güləşçilərimiz Əli İsayev, Emin Əzizov, Çamsulvara Çamsulvarayev və Novruz Temrezov hazırda Quba Olimpiya Kompleksində təlim-məşq toplantısında olduqlarından mükafatlarını ala bilməyiblər. Həmçinin, taekvondo, cüdo, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandalarımızın baş məşqçiləri Ələkbər İmaməliyev, Ağayar Axundzadə, Vahid Nəzərov, Elçin Cəfərov, Maqomedxan Aratsilov və Nazim Əlicanov da mükafatlandırılıblar.









































0