Azərbaycan yığması Avropa çempionatının “Çelenc” divizionunda finala yüksəlib
26.07.2008 - 10:47
Vyana. Elşən Məmmədov – APA-Sport. Avstriyanın paytaxtı Vyanada otüstü hokkey üzrə gənc qızlar arasında Avropa çempionatının “Çelenc” divizionunda III turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması Slovakiya ilə qarşılaşıb. Artıq ilk iki turdan sonra finala vəsiqəni təmin etmiş millimiz meydanı yenə qələbə ilə tərk edib - 5:2. Digər görüşdə Avstriya Türkiyəni yenib – 6:0. Qrup oyunlarının yekununa əsasən, 3 matçda 9 xal toplayan yığmamız I yeri tutur. Millimiz bu gün finalda 6 xalla II pillədə olan Avstriya ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız qrup mərhələsində avstriyalıları 3:1 hesablı məğlubiyyətə uğradıb.
Qeyd edək ki, komandamız qrup mərhələsində avstriyalıları 3:1 hesablı məğlubiyyətə uğradıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0