Azərbaycanlı olimpiya çempionu Pekində hakimlik edəcək
28.07.2008 - 11:35
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası Pekin Yay Olimpiya Oyunlarına yollanacaq hakimlərin adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 32 referinin siyahısında Azərbaycan təmsilçisi yer almayıb. Rusiyanı isə Pekində ikiqat olimpiya çempionu İlqar Məmmədov təmsil edəcək. Bakıda anadan olan və uzun müddət milli komandamızın şərəfini qoruyan İ.Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur. 1993-cü ildən Rusiyanın adından çıxış edən və Moskvada yaşayan həmvətənimizin həyat yoldaşı isə yığmamızın sabiq üzvü Yelena Jemayevadır.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0