Rəşad Əhmədov Pekin Olimpiadasında avqustun 21-də döyüşəcək
28.07.2008 - 16:16
Pekin. Elşən Məmmədov – APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək taekvondo yarışlarının proqramı açıqlanıb. «APA-Sport» agentliyinin məlumatına görə, Pekin Olimpiadasına qatılacaq taekvondoçular mübarizəyə avqustun 20-də başlayacaqlar. Azərbaycanı təmsil edəcək Rəşad Əhmədov (80 kq) tatami üzərinə ertəsi gün çıxacaq. Ümumiyyətlə, üç gün davam edəcək yarışlara kişilər 58, 68, 80 və 80 kq-dan yuxarı, qadınlar isə 49, 57, 67 və 67 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar. Bütün iştirakçılar döyüşlərə ¼ final mərhələsindən başlayacaqlar. Görüşlər Pekin Elm və Texnologiya Gimnaziyasının idman zalında baş tutacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0