Çin Yay Olimpiya Oyunlarından 2 milyard ABŞ dolları gəlir götürəcək
30.07.2008 - 12:57
Bakı. Kənan Həsənov - APA-Sport. Çin Pekin Yay Olimpiya Oyunlarından 2 milyard ABŞ dolları gəlir götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu nəticəyə Pekin Olimpiya Assosiasiyasının İqtisadi Araşdırma Mərkəzinin ekspertləri gəlib. Mütəxəssislər olimpiadanın Pekin şəhərinin iqtisadi inkişafına ciddi təkan verdiyini müəyyənləşdiriblər. 2 milyard dollarlıq gəlirin əsas hissəsi sponsorların payına düşür. Olimpiadanın təşkilat komitəsi, həmçinin bilet satışı və yayım hüququndan da pul qazanacaq. Şəhər rəhbərliyi 31 idman qurğusu və 45 təlim-məşq bazasının tikintisinə 1,9 milyard dollar xərcləndiyini açıqlayıb. Ümumilikdə isə Pekin olimpiadası Çin hökumətinə təxminən 40 milyard dollara başa gələcək. Bu səbəbdən yarış tarix ərzində ən dəyərli olimpiada olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0